Rusiya Mərkəzi Bankı bazara 2,3 mlrd. dollar çıxarıb

Rusiya Mərkəzi Bankı bazara 2,3 mlrd. dollar çıxarıb Dekabrda isə bazara valyuta müdaxiləsi 12 mlrd. dollara yaxın olub
Maliyyə
3 Fevral , 2015 16:41
Rusiya Mərkəzi Bankı bazara 2,3 mlrd. dollar çıxarıb

Bakı. 3 fevral. REPORT.AZ/ Rusiya Mərkəzi Bankının bu ilin yanvar ayında daxili bazara valyuta müdaxiləsi 2,3 mlrd. ABŞ dollarını keçib. 

"Report"un Rusiya mediasına istinadən verdiyi xəbərə görə, Mərkəzi Bank bu il dolların məzənnəsinin sabit saxlanılması üçün bazara 2,341 mlrd. dollar həcmində valyuta kütləsi çıxarıb. Qarşılığında isə bazardan 21,69 mln. dollar alıb.

Xatırladaq ki, 2014-cü ildə Rusiya Mərkəzi Bankı bazara netto olaraq 76,128 mlrd. dollar və 5,41 mlrd. avro kütləsi çıxarıb. Rusiya Mərkəzi Bankının dekabrda bazara çıxardığı dolların həcmi isə 11,9 mlrd. dollardan çox olub.

Son xəbərlər

Orphus sistemi