Rusiya Mərkəzi Bankı 1 kq ağırlığında gümüş sikkə buraxıb

Rusiya Mərkəzi Bankı 1 kq ağırlığında gümüş sikkə buraxıb Bakı. 27 noyabr. REPORT.AZ/ Rusiya Mərkəzi Bankı 1 kq ağırlığında xatirə gümüş sikkə buraxıb.
Maliyyə
27 Noyabr , 2018 13:09
Rusiya Mərkəzi Bankı 1 kq ağırlığında gümüş sikkə buraxıb

Bakı. 27 noyabr. REPORT.AZ/ Rusiya Mərkəzi Bankı 1 kq ağırlığında xatirə gümüş sikkə buraxıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Bankının yaydığı press-relizdə deyilir.

Bu, 200 rubl və 2000 rubl dəyərindəki banknotların rəmzlərinin seçilməsi üzrə ümumrusiya səsverməsinin final mərhələsinin iştirakçılarına həsr olunub.

Yüz rubl dəyərindəki sikkə cəmi 75 ədəd buraxılıb.

Sikkənin ön tərəfində Rusiya Federasiyasının dövlət gerbinin relyef forması təsvir olunub. Arxa tərəfdə isə dairəvi şəkildə ümumrusiya səsverməsinin finalçı şəhərləri və ərazilərinin, o cümlədən Petrozavodsk, Uzaq Şərq, İrkutsk, Kazan, Soçi, Volqoqrad, Nijni Novqorod, Vladimir və Sergiyev Posadın rəmzləri əks olunub. 

Son xəbərlər

Orphus sistemi