​Rusiya Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

​Rusiya Mərkəzi Bankı uçot dərəcəsini azaldıb Bu il Rusiyada iqtisadi geriləmə gözlənlir
Maliyyə
13 Mart , 2015 15:28
​Rusiya Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Bakı. 13 mart. REPORT.AZ/ Rusiya Mərkəzi Bankı uçot dərəcəsinin 14%-dən 13%-ə, 7 günlük repo faiz dərəcəsinin isə 15%-dən 14%-ə qədər endirilməsinə dair qərar qəbul edib.

"Report"un məlumatına görə, investorların gözləntiləri faizlərin 1 bənd endirilməsi istiqamətində olub. Rusiya Mərkəzi Bankının açıqlamasında iqtisadiyyatda durğunluq risklərinin davam etdiyi və bu üzdən faizlərin azaldıldığı bildirilir.

Bankın açıqlamasına əsasən, Rusiyada ÜDM-in bu il 3,3-4% azalacağı, inflyasiyanın 2016-cı ildə 9%, 2017-ci ildə isə 4% olacağı gözlənir. 

Son xəbərlər

Orphus sistemi