Rusiya maliyyə bazarını yeni böhran gözləyir

Rusiya maliyyə bazarını yeni böhran gözləyir Elmlər Akademiyası: Rusiyanın valyuta bazarında yeni "köpük" yaranıb
Maliyyə
27 Dekabr , 2016 17:31
Rusiya maliyyə bazarını yeni böhran gözləyir

Bakı. 27 dekabr. REPORT.AZ/ Rusiya valyuta bazarı ənənəvi olaraq mənfi tendensiyanın müşahidə olunduğu dekabr ayında rekord vurub. 

"Report"un "Expert.ru" saytına istinadən verdiyi xəbərə görə, xarici borc ödənişlərinin pik həddinə çatdığı və iri bankların üzləşdiyi valyuta likvidliyi problemlərinə baxmayaraq, rubl möhkəmlənməyə davam edir.

Rusiya Elmlər Akademiyası Dünya İqtisadiyyatı və Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq kapital bazarları Departamentinin rəhbəri Yakov Mirkinə görə, xaricdən gələn "isti pullar" rublun məzənnəsinin sabitliyini təmin edib. Amma uzunmüddətli perspektivdə bu, "partlamağa hazır olan bomba" kimi xarakterizə olunur. Belə ki, Rusiyanın valyuta bazarında "köpük" əmələ gəlib. Belə ki, Rusiya Bankının (Mərkəzi Bank) hesabatına görə, bu ilin əvvəlindən xarici fondlar Rusiya dövlət istiqrazlarına 300 mlrd. rubl (5 mlrd. ABŞ dolları) vəsait qoyub. Bununla yanaşı, rubla qoyulan spekulyativ investisiyaların həcmi Çikaqo birjasında tarixi rekord vurub.

Y.Mirkin hesab edir ki, qeyri-rezidentlər ucuz faizlə aldıqları dollar və avro vəsaitlərini rubla çevirərək yüksək faizlə (10%) depozit və ya iqstiqrazlara qoyurlar: "Bu da rublun möhkəmliyini təmin edir. Lakin Rusiya maliyyə bazarında hər hansı risk meydana gəldiyi halda, bu vəsait qısa müddətdə ölkəni tərk edərək valyuta bazarında böhran yaradacaq. Bu standart mexanizm Rusiyada 3 dəfə baş tutub və deyəsən, 4-cü dəfə də olacaq".

Son xəbərlər

Orphus sistemi