Yuxarı

“Rusiya Kənd Təsərrüfatı Bankı”nın Azərbaycandakı nümayəndəliyi ləğv olunur

“Rusiya Kənd Təsərrüfatı Bankı”nın Azərbaycandakı nümayəndəliyi ləğv olunur

Bakı. 12 dekabr. REPORT.AZ/ “Rusiya Kənd Təsərrüfatı Bankı” SC-nin (“Rosselxozbank”) Azərbaycandakı nümayəndəliyi ləğv olunduğunu elan edir.

“Report” xəbər verir ki, bu barədə məlumat “Vergilər” qəzetinin xüsusi buraxılışında qeyd olunub.

Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 44, korpus 1 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, “Rusiya Kənd Təsərrüfatı Bankı”nın Azərbaycandakı nümayəndəliyi 2010-cu ilin martın 16-da dövlət qeydiyyatına alınıb. Nümayəndəliyin qanuni təmsilçisi Bəxtiyar Ağayevdir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi