Rusiya iqtisadiyyatında 7 il ərzində artım gözlənilmir

Rusiya iqtisadiyyatında 7 il ərzində artım gözlənilmir Rusiyanın qlobal iqtisadi reytinqləri pisləşməyə davam edəcək
Maliyyə
28 Fevral , 2018 20:23
Rusiya iqtisadiyyatında 7 il ərzində artım gözlənilmir

Bakı. 28 fevral. REPORT.AZ/ Rusiyalı məmurların gözlədikləri 2%-lik iqtisadi artım tempi yaxın 7 ildə müşahidə olunmayacaq.

"Report" "Gazeta.ru" saytına istinadən xəbər verir ki, bu barədə Baş İqtisadiyyat Məktəbinin "Dövlət və biznes şərhləri" adlı hesabatında bildirilir.

Baş İqtisadiyyat Məktəbinin Sosial Siyasət İnstitutunun Sosial proqramlar və risklərin təhlili mərkəzinin rəhbəri Serqey Smirnov bildirib ki, konsensus-proqnoza görə, bir qədər əvvəl ehtimal edilən 2%-lik iqtisadi artım tempi yaxın 7 ildə gözlənilmir: "Bu da o deməkdir ki, Rusiyanın qlobal iqtisadi reytinqlərdə vəziyyəti getdikcə pisləşəcək".

Rusiya və digər ölkələrin 26 qabaqcıl ekspertlərinin ortaq fikrincə, Rusiya iqtisadiyyatı 2018-ci ildə 1,7%, 2019-2020-də 1,6%, 2021-də 1,8%, 2022-ci ildə isə 1,6% artım göstərəcək.

Avrasiya İnkişaf Bankının baş iqtisadçısı Yaroslav Lisovolikə görə, ölkədə 2%-lik iqtisadi artım həddinin aşılması bir çox iqtisadçı tərəfindən inanılmaz görünür: "İnvestisiyaların və daxili tələbin artımı olmadan 2%-lik iqtisadi artım tempi keçilə bilməz. Qlobal iqtisadiyyatda isə normal iqtisadi artım tempi 3,5 - 4% sayılır".

Son xəbərlər

Orphus sistemi