Bakı. 13 noyabr. REPORT.AZ/ Rusiyada 2017-ci ilin III rübündə 1,8% iqtisadi artım qeydə alınıb.
"Report" "Vestifinance.ru" saytına istinadən xəbər verir ki, bu barədə Rusiya Statistika İdarəsi məlumat yayıb.
Qeyd edək ki, Statistika İdarəsinin məlumatı İqtisadi İnkişaf Nazirliyinin (İİN) 2,2% iqtisadi artım göstəricisindən xeyli aşağı olub. Belə ki, İİN oktyabrın 30-da ilin ilk 9 ayında iqtisadi artımın 1,85%, III rübdə isə 2,2% olduğunu bildirmişdir.
İqtisadi artımda, əsasən, aparıcı sektorun kənd təsərrüfatı olduğu bildirilir. Hasilat sektorunda yavaşlama sənaye sktorunun iqtisadi artımda payını azaldıb. Həmçinin inşaat sektorunda yavaşlama qeydə alınıb.