Rusiya Ehtiyat Fondunun aktivləri avqustda 18% azalıb

Rusiya Ehtiyat Fondunun aktivləri avqustda 18% azalıb Büdcə gəlirlərinin 8% azalacağı proqnozlaşdırılır
Maliyyə
6 Sentyabr , 2016 17:21
Rusiya Ehtiyat Fondunun aktivləri avqustda 18% azalıb

Bakı. 6 sentyabr. REPORT.AZ/ Rusiya Ehtiyat Fondunun aktivləri 2016-cı ilin avqust ayında 18,4% azalaraq 2,09 trln. rubla (32,1 mlrd. ABŞ dolları) düşüb. "Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə məlumat Rusiya Maliyyə Nazirliyi tərəfindən verilib. 

Hesabat dövründə Rusiya Milli Rifah Fondunun aktivləri 2,5% azalaraq 4,719 trln. rubla (72,6 mlrd. dollar) geriləyib.

Xatırladaq ki, Maliyyə Nazirliyi avqust ayında bu il artıq 3-cü dəfə Ehtiyat Fondundan büdcə kəsirinin maliyyələşdirilməsi üçün 390 mlrd. rubl (6 mlrd. dollar) vəsait köçürüb.

Rusiya Maliyyə Nazirliyinin hesabatına əsasən, 2016-cı ildə büdcə gəlirləri 2015-ci illə müqayisədə 8% azalacaq, inflyasiya nəzərə alınmaqla isə azalma real olaraq 15% təşkil edəcək. Büdcə gəlirləri planlaşdırılandan 1,2 trln. rubl və ya 18,5 mlrd. dollar az olacaq. Maliyyə Nazirliyinin proqnozuna görə, büdcə gəlirləri ancaq 2018-ci ildən etibarən artmağa başlayacaq və bu artım inflyasiya sürətindən geri qalacaq. Nəticədə, büdcə gəlirlərinin 2015-ci illə müqayisədə real ifadədə 25% azalacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi