Yuxarı
    Bağlamaq

    Rusiya əhalisinin 57%-nin ödənilməmiş krediti var

    Bakı. 20 noyabr. REPORT.AZ/ Rusiyadakı ailələrin 57%-nin ödənilməmiş krediti var. 

    "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi, istehlak kreditləşməsi araşdırmalarının nəticəsinə əsasən yayıb.

    Araşdırmada bildirilir ki, banklardan kredit götürülməsi təcili pula ehtiyac yarandıqda müraciət olunan ikinci ən geniş yayılmış üsuldur. 2014-cü ildə bu göstərici 32%, 2017-də isə 35% təşkil edib. İlk sırada isə yaxınlardan borc almaq yolu ilə təcili pula ehtiyacın aradan qaldırılması üsulu yer alıb ki, bu göstərici də müvafiq olaraq 54% və 64% olub.

    Mərkəzin keçirdiyi sorğunun nəticələrindən məlum olub ki, respondentlərin 57%-nin ya özünün, ya da ailə üzvlərinin bir və yaxud bir neçə ödənilməmiş krediti var. Xatırladaq ki, 2009-cu ildə bu göstərici 26% təşkil edib. Sorğu nəticəsində həmçinin əhalinin 75%-nin kreditləri ödəmək üçün əmək haqqından istifadə edəcəyi məlum olub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi