Yuxarı
    Bağlamaq

    Rusiya əhalisi ölkə iqtisadiyyatı barədə KİV-dəki xəbərlərə etimadı itirib

    Respondentlərin 52%-i rublun məzənnəsinin möhkəmlənməsinin iqtisadiyyata faydalı olacağını bildirib

    Bakı. 17 oktyabr. REPORT.AZ/ Rusiyada keçirilən sorğuya əsasən ölkə iqtisadiyyatı KİV-də verilən xəbərlərlə müqayisədə daha pisdir. 

    "Report" "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə "İctimai fikir" Fondundan bildirilib. Verilən məlumata görə, 2015-ci ilin avqustundan etibarən KİV-ə inanmayan əhalinin sayı 10 bənd artaraq 51%-ə yüksəlib, inanan əhalinin sayı isə 47%-dən 40 %-ə geriləyib. Respondentlərin 46%-i ölkə iqtisadiyyatının işıqlandırılmasında KİV-lərin qeyri-obyektiv olduğunu bildirib. Sorğuda iştirak edənlərin 61%-i ölkə iqtisadiyyatı barədə tam məlumatın verilımədiyini deyib.

    Sosioloqların məlumatına görə, Rusiya əhalisinin iqtisadi xəbərlərə marağı da son bir il ərzində 42%-dən 30%-ə enib. Rublun məzənnəsi ilə maraqlanan əhalinin sayı 43% təşkil edib. Respondentlərin 52%-i rublun məzənnəsinin möhkəmlənməsini  iqtisadiyyata faydali adlandırıb.

    Qeyd edək ki, sorğu oktyabrın 8-9-da keçirilib və Rusiyanın 53 regionunun 104 yaşayış məntəqəsində 1 500 nəfəri əhatə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi