Rusiya ƏDV-ni 21-22%-ə qaldıra bilər

Rusiya ƏDV-ni 21-22%-ə qaldıra bilər ƏDV-nin artırılması ilə yanaşı sığorta ödənişlərinin azaldılması nəzərdə tutulur
Maliyyə
12 Fevral , 2018 12:48
Rusiya ƏDV-ni 21-22%-ə qaldıra bilər
Rusiya Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri Aleksey Kudrin / Sputnik/ Iliya Pitalev

Bakı. 12 fevral. REPORT.AZ/ Rusiya hökuməti vergi manevri həyata keçirməyə hazırlaşır. "Report" "Kommersant" qəzetinə istinadən xəbər verir ki, bunu Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri Aleksey Kudrin bildirib.

"Vergi manevri - sığorta ödənişlərinin 36%-dən 22%-ə endirilməsini və bununla da əmək haqlarına yükün azaldılmasını nəzərdə tutur. Bununla yanaşı, bu addım əmək haqlarının leqallaşmasına kömək edəcək. Büdcədə yaranacaq yükü isə ƏDV-nin 18%-dən 22%-ə artırılaraq balanslaşdırılması nəzərdə tutulur. Hazırda hər iki dəyişikliyin 21%-ə çatdırılması variantı müzakirə edilir. Maliyyə Nazirliyi buna qarşıdır. Nazirlik 22% variantında büdcənin itkiylə üzləşməyəcəyini bildirir", - deyə Kudrin qeyd edib.

Onun fikrincə, atılacaq addımın "kölgə iqtisadiyyatı"nın azaldılmasına təsiri qısa zamanda olmayacaq. 

Rusiya sənayeçi və təşəbbüskarları İttifaqı sədrinin müavini İlya Trunin bildirib ki, vergi manevri prezident seçkilərindən sonra həyata keçirilməlidir. İttifaqın sədri Aleksandr Şoxin isə əlavə edib ki, biznes bu dəyişikliklərin müzakirəsində iştirak etmək istəyir.

Son xəbərlər

Orphus sistemi