​Rusiya EBRD-ni məhkəməyə verəcək

​Rusiya EBRD-ni məhkəməyə verəcək Rəsmi Moskva EBRD-ni bu ölkədə fəaliyyətini əsassız dayandırmasında ittiham edir
Maliyyə
7 İyul , 2016 16:52
​Rusiya EBRD-ni məhkəməyə verəcək

Bakı. 7 iyul. REPORT.AZ/ Rusiya ölkədəki fəaliyyətini dondurduğu üçün Avropa Yenidənqurma və Inkişaf Bankına (EBRD) qarşı məhkəmə iddiası qaldırmağa hazırlaşır.

"Report"un "İnterfax"a istinadən verdiyi xəbərə görə, Rusiya hakimiyyət orqanları EBRD rəhbərliyinə, Lüksemburqun maliyyə naziri Pyer Qramenaya müraciət hazırlayıb. Sənəddə bildirilir ki, fəaliyyətin "dondurulması" Rusiyanın hüququnun pozulması deməkdir. Bununla əlaqədar olaraq yaxın vaxtlarda EBRD-nin İdarə Heyətində Rusiya nümayəndələri bu hüququn bərpası üçün qanuni addımlar atacaqlar.

Qeyd edək ki, Bank iki il əvvəl siyasi amillərlə bağlı ölkədə fəaliyyətini dondurub. EBRD 2014-cü ilin iyul ayından Aİ və ABŞ sanksiyaları ilə əlaqədar olaraq Rusiya ərazisində yeni layihələrə investisiya qoyuluşunu dayandırıb.

2014-cü ilədək Bankın ən çox vəsait ayırdığı ölkə Rusiya olub. 2013-cü ildə EBRD Rusiyadakı layihələrə 1,8 mlrd. dolar vəsait yatırıb, 2014-cü ilin ilk altı ayında isə təşkilatın məcmu investisiya portfelinin 19%-i Rusiyanın payına düşüb.

Son xəbərlər

Orphus sistemi