Yuxarı

​Rusiya dolları bahalaşdırmaq qərarına gəlib

Mərkəzi Bank rubl intervensiyasına başlayıb

Bakı. 14 may. REPORT.AZ/ Rusiya Mərkəzi Bankı ölkənin valyuta bazarında vəziyyəti normallaşdırmaq məqsədilə rubl intervensiyası ilə bağlı qərara qəlib. 

"Report" xəbər verir ki, bu gün, mayın 14-dən etibarən Mərkəzi Bank daxili valyuta bazarına xarici valyutanın alışı istiqamətində müdaxilə edərək beynəlxalq valyuta ehtiyatlarını möhkəmləndirməyə başlayıb.

Mərkəzi Bankın bəyanatına görə, valyuta alışı kiçik miqdarlarla həyata keçiriləcək ki, bazarda rublun məzənnəsınə ciddi təsir olmasın: "Bazarda hər hansı kəskin dəyişiklik hiss edilərsə, qərarımızı çevik korrektə edəcəyik".

İntervensiyanın gündəlik 100-200 mln. dollar ekvivalentində həyata keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, hazırda Mərkəzi Bankın valyuta ehtiyatları 358,5 mlrd. ABŞ dolları həcmindədir. Son 12 ayda ehtiyatlar 123 mlrd. dollar azalıb. Ehtiyatlar ən çox 2014-cü ilin dekabr ayında (33,4 mlrd. dollar) azalıb. Bu ilin mart ayında azalma 3,9 mlrd. dollar, apreldə isə 360 mln. dollar olub.

Bu xəbərdən dərhal sonra Rusiyada dolların məzənnəsi dünənki 48,8 RUB/USD-dən bu gün 50,2 RUB/USD-yə yüksəlib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi