Yuxarı
    Bağlamaq

    Rusiya da sərt pul siyasətinə keçib

    Rusiyada nağd pul kütləsi bir həftəyə 2,1 mlrd. dollar azalıb

    Bakı. 3 fevral. REPORT.AZ/ Rusiyada dar mənada pul kütləsinin (nağd pul, M0 aqreqatı) həcmi 21-27 yanvar həftəsində 8,71 trln. rubl (145 mlrd. ABŞ dolları) təşkil edib. "Report" "Rambler News Service"ə istinadən xəbər verir ki, bu barədə Rusiya Bankı (Mərkəzi Bank) məlumat verib. Məlumata görə, hesabat həftəsində M0 aqreqatı 1,4% və ya 125,5 mlrd. rubl (2,1 mlrd. dollar) azalıb.

    Qeyd edək ki, M0 aqreqatı və ya dar mənada pul kütləsi (nağd pul) kredit təşkilatlarının kassalarında olan qalıq vəsait və məcburi ehtiyatlar istisna olmaqla Rusiya Bankı tərəfindən dövriyyəyə buraxılan nağd pulları əks etdirir. Xatırladaq ki, bir qədər əvvəl Türkiyə Mərkəzi Bankı da sərt pul siyasəti yürüdücəyi barədə açıqlama verib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi