Yuxarı
    Bağlamaq

    Rusiya 2016-cı ili kəsirlə başa vurub

    Büdcə kəsiri ÜDM-in 3,5%-nə bərabər olub

    Bakı. 20 yanvar. REPORT.AZ/ Rusiyada 2016-cı il dövlət büdcəsinin icrası 2,967 trln. rubl və ya 50,3 mlrd. ABŞ dolları həcmində kəsirlə tamamlanıb. "Report"un "Gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Maliyyə Nazirliyi tərəfindən yayılan hesabatda bildirilir. 

    Hesabatda həmçinin qeyd olunub ki, büdcədə yaranan kəsirin həcmi ÜDM-in 3,5%-nə bərabər olub. Xatırladaq ki, keçən ilin əvvəlində Maliyyə Nazirliyi büdcə kəsirinin 2016-cı ilin sonunda ÜDM-in 3,9%-nə bərabər olacağını proqnozlaşdırırdı. Hesabata görə, Rusiya büdcəsinin gəlirləri 2016-cı ildə 13,459 trln. rubl (224 mlrd. dollar), xərcləri isə 16,426 trln. rubl (273 mlrd. dollar) təşkil edib.

    Qeyd edək ki, Maastrix kriteriyalarına əsasən, büdcə kəsiri ÜDM-in 3%-ni ötməməlidir. Bu kriteriyalar 1991-ci il dekabrın 9-10-da Avropa İttifaqı (Aİ) ölkələri üçün qəbul olunmuş normativ şərtlərdən ibarətdir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi