​Rusiya büdcə xərclərini azaldacaq

​Rusiya büdcə xərclərini azaldacaq Büdcə xərcləri 15,78 trln. rublda qalacaq
Maliyyə
29 İyun , 2016 20:04
​Rusiya büdcə xərclərini azaldacaq

Bakı. 29 iyun. REPORT.AZ/ Rusiya büdcə xərclərini 2017-2019-cu illərdə azaltmağı planlaşdırdığını bildirib. 

"Report" "Vedomosti" qəzetinə istinadən xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyindən açıqlama verilib. Bildirilib ki, büdcə xərclərinin ildə 15,78 trln. rubl ( 246,5 mlrd. ABŞ dolları) səviyyəsində dondurulması nəzərdə tutulur.

Xatırladaq ki, büdcə xərclərində planlaşdırılan azalmadan sonra 2016-cı illə müqayisədə yaxın 3 ildə büdcə xərclərinin təqribən 1/5 hissəsinə qənaət edilməsi mümkün olacaq. Büdcə xərclərində kəsintinin əsasən vətəndaşların sosial yardımını, səhiyyəni, mənzil təminatını və s. sahələri əhatə edəcəyi qeyd olunub. Həmçinin, Krımın sosial-iqtisadi inkişafı proqramının və idman sahəsinin xərclərinin azaldılması nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi