Rusiya bu il Ehtiyat Fondunu tam xərcləyəcək

Rusiya bu il Ehtiyat Fondunu tam xərcləyəcək Gələn il fondun bərpa edilməsi gözlənilir
Maliyyə
18 May , 2017 20:10
Rusiya bu il Ehtiyat Fondunu tam xərcləyəcək

Bakı. 18 may. REPORT.AZ/ Rusiya 2017-ci ildə Ehtiyat Fondunda olan vəsaitlərinin hamısını xərcləməyi düşünür. 

"Report" RİA agentliyinə istinadən xəbər verir ki, bu barədə açıqlamanı jurnalistlərə maliyyə naziri Anton Siluanov verib.

Nazir deyib ki, biz, büdcədə yazıldığı kimi,  Milli Rifah Fondunun vəsaitlərini istifadə etməyə başlayacağıq.

Onun sözlərinə görə, Maliyyə Nazirliyi Ehtiyat Fondunu 2018-ci ildə bərpa etməyi düşünür: "Bu il fonda neft-qaz gəlirlərindən 623 mlrd. rubl və ya 10,7 mlrd. ABŞ dolları vəsaitin öütürülməsi planlaşdırılıb."

Qeyd edək ki, bir neçə gün əvvəl Maliyyə Nazirliyi büdcə kəsirini örtmək üçün Ehtiyat Fondundan 1,061 trln. rubl vəsait götürəcəyini bildirib. May ayının əvvəlinə olan məlumata görə, Ehtiyat Fondunda 931,25 mlrd. rubl vəsait qalıb.

Son xəbərlər

Orphus sistemi