Yuxarı

Rusiya banklarının mənfəəti artıb

Elvira Nabiullina: Son nəticədə kredit təşkilatları mənfəətlə bağlı proqnozu üstələməyi bacarır

Bakı. 25 iyul. REPORT.AZ/ Rusiya Mərkəzi Bankı (RMB) bu il ölkə banklarının əldə edəcəyi mənfəətin 500 mlrd. rublu (təqribən 7,7 mrld. dollar) ötəcəyini proqnozlaşdırır. 

"Report"un Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, bu açıqlama ilə qurumun rəhbəri Elvira Nabiullina çıxış edib.

Onun sözlərinə görə, ilin əvvəlində mənfəət göstəricisi maksimum 500 mlrd. rubl məbləğində qiymətləndirilsə də, bazarda vəziyyətin müsbətə doğru dəyişməsi proqnoza yenidən baxmağı zəruri edib.

RMB rəhbəri qeyd edib ki, bu ilin ilk yarısında yerli bankların aktivlər üzrə ehtiyatların yaradılmasına çəkdiyi xərclər ötən ilin eyni dövrünə nisbətən 1,5 dəfə azalıb, üstəlik banklar vaxtı keçmiş borcları olan müştərilərə qarşı daha sərt yanaşıb. Son nəticədə isə kredit təşkilatları mənfəətlə bağlı proqnozu üstələməyi bacarır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi