Rusiya banklarının mənfəəti 40% artıb

Rusiya banklarının mənfəəti 40% artıb Bu ilin yanvar-aprel aylarında Rusiyanın bank sektoru, təxminən, 750 milyard rubl (11,5 milyard ABŞ dolları) məbləğində mənfəət əldə edib.
Maliyyə
25 May , 2019 12:56
Rusiya banklarının mənfəəti 40% artıb

Bu ilin yanvar-aprel aylarında Rusiyanın bank sektoru, təxminən, 750 milyard rubl (11,5 milyard ABŞ dolları) məbləğində mənfəət əldə edib.

“Report” xəbər verir ki, bu barədə Rusiya Bankı (Mərkəzi Bank) məlumat yayıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39,7% çoxdur.

4 ay ərzində Rusiyanın 359 bankı 819 milyard rubl (12,6 milyard dollar) mənfəət əldə edib, 99 bankı isə 69 milyard rubl (1,1 milyard dollar) zərər edib.

Sektorun mənfəətlə işləməsində əsas rolu “Sberbank” oynayıb. Bu bank yanvar-aprel aylarını 293 milyard rubl (4,5 milyar dollar) mənfəətlə başa vurub. 

Son xəbərlər

Orphus sistemi