​Rusiya bankları hökumətə 550 mln. dollar borc verib

​Rusiya bankları hökumətə 550 mln. dollar borc verib Ümumilikdə Rusiya hökuməti 1,75 mlrd. dollarlıq avrobond yerləşdirib
Maliyyə
25 May , 2016 17:01
​Rusiya bankları hökumətə 550 mln. dollar borc verib

Bakı. 25 may. REPORT.AZ/ Rusiyanın özəl kommersiya bankları hökumətin 550 mln. ABŞ dolları həcmində suveren avrobondlarını alıb. "Report" xəbər verir ki, bunu Rusiyanın maliyyə naziri Anton Siluanov TASS agentliyinə bildirib. 

Nazir qeyd edib ki, bütün sifarişlər təhlil edilib və ilk olaraq xarici investorlar diqqətə alınıb: "Daha sonra 1,75 mlrd. dollar həcmində avroistiqraz emissiyasının yerləşdirilməsinə, bunun da 1,2 mlrd.-lıq hissəsinin xarici investorlara ayrılmasına qərar verdik. Yerli banklar arasında isə gələcəkdə istiqrazlarla işləmək imkanının yaranması baxımından qeyri-dövlət banklarına üstünlük verilib".

"Vedomosti" qəzeti isə bildirib ki, Rusiya avroistiqrazlarına tələb süni şəkildə artırılıb. Şirkətlər almaq istədiklərindən daha çox istiqraz üçün sifariş verib. Maliyyə Nazirliyinin məlumatına görə, istiqrazlar 10 il müddətinə, illik 4,75% gəlirliyi ilə buraxılıb. Emissiya tam yerləşdirilib, sifarişlərin ümumi həcmi isə 7 mlrd. dollar olub.

Son xəbərlər

Orphus sistemi