​Rusiya bankları əmanət və kredit faizlərini azaldır

​Rusiya bankları əmanət və kredit faizlərini azaldır Rusiyanın aparıcı bankı, Azərbaycanda da törəməsi olan "VTB Bank" da oxşar addım ata bilər
Maliyyə
13 İyul , 2016 10:20
​Rusiya bankları əmanət və kredit faizlərini azaldır

Bakı. 13 iyul. REPORT.AZ/ Azərbaycanda da törəməsi olan Rusiyanın aparıcı bankı olan "VTB Bank" ASC yaxın vaxtlarda əmanət və kredit məhsulları üzrə faizlərə yenidən baxa bilər. "Report"un Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, bu barədə Bankın mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, ötən gün Rusiyanın "Sberbank"ı ABŞ dolları və avroda qəbul edilən əmanətlərin, eləcə də ipoteka kreditlərinin illik faiz dərəcələrini 0,5% azaltdığını bəyan edib. Bundan əvvəl, iyulun 7-də isə "Sberbank" Rusiya rublu ilə əmanətlərin və yığım sertifikatlarının gəlirliliyini azaltmışdı. 

Son xəbərlər

Orphus sistemi