Rusiya bankları 17 ton qızıl satıb

Rusiya bankları 17 ton qızıl satıb Bu ilin aprel ayında Rusiya banklarının qızıl ehtiyatları 4,6 ton azalıb.
Maliyyə
5 İyun , 2020 12:47
Rusiya bankları 17 ton qızıl satıb

Bu ilin aprel ayında Rusiya banklarının qızıl ehtiyatları 4,6 ton azalıb.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, ilin əvvəlindən bəri isə ölkə bankları 17 ton qızıl satıb.

Məlumatda bildirilir ki, xaricə çıxarılan qızıl ehtiyatları planlaşdırılmış uçuşlar dayandırıldığı üçün şəxsi təyyarələrlə daşınıb.

Rusiya Mərkəzi Bankının hesabatına görə, mayın 1-nə Rusiya banklarının qızıl ehtiyatının həcmi 73,4 ton olub. Belə ki, hesabat dövründə xaricdə ən çox qızıl satan bank “Sberbank”(5,5 ton) olub.

Qeyd edək ki, Rusiya Mərkəzi Bankı aprelin 1-dən etibarən ölkə daxilində qızıl alımını dayandırmışdı.

Son xəbərlər

Orphus sistemi