Rusiya Bankı yerli şirkətlərə krediti rublla götürməyi tövsiyə edib

Rusiya Bankı yerli şirkətlərə krediti rublla götürməyi tövsiyə edib İxrac gəliri olmayanlar xarici valyutada aldıqları borcları vaxtında qaytara bilmirlər
Maliyyə
8 Sentyabr , 2017 14:51
Rusiya Bankı yerli şirkətlərə krediti rublla götürməyi tövsiyə edib

Bakı. 8 sentyabr. REPORT.AZ/ Rusiya Bankı (Mərkəzi Bank) yerli şirkətlərinə borcu rublda almağı və əlavə valyuta riski götürməməyi tövsiyə edib. 

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, qurumun mövqeyini sədrin birinci müavini Kseniya Yudayeva Moskvada keçirilən maliyyə forumunda açıqlayıb. 

Forumda milli valyutada kreditlərin illik faiz dərəcələrinin yüksək olması barədə etirazları şərh edən K.Yudayeva bildirib ki, rubl və xarici valyutada kredit faizləri arasında fərq var və bu fərq valyuta riskini göstərir: "Məhz bu səbəbdən borc götürən qənaət etmək istəyirsə, valyuta riskini nəzərə almalıdır. Çünki hər hansı problem baş versə, borc alan ciddi mənfi təsirə məruz qala bilər".

Rusiya Bankı rəsmisinin sözlərinə görə, maliyyə bazarlarının valyutalaşdırılmasına qarşı makroprudensial siyasət yürütmək lazımdır. Ötən il Mərkəzi Bank xarici valyuta kreditləri üçün əmsalları artırıb, bu ilin sonuna qədər isə xüsusi normativ akt qəbul edəcək.

K. Yudayeva 2014-cü ildə başlayan devalvasiyanın kökündə məhz xarici valyutadakı borclardan yaranan ödəmələrdən dayandığını bildirib. O, ixrac gəliri olmayanların xarici valyutada götürdükləri kreditləri vaxtında qaytara bilmədiyini deyib. 

Son xəbərlər

Orphus sistemi