Rusiya Bankı uçot dərəcəsini proqnozdan çox azaldıb

Rusiya Bankı uçot dərəcəsini proqnozdan çox azaldıb Bakı. 15 dekabr. REPORT.AZ/ Rusiya Bankı (Mərkəzi Bank) bu gün keçirdiyi iclasda uçot dərəcəsini 0,5 faiz bəndi azaldaraq 7,75%-ə endirib.
Maliyyə
15 Dekabr , 2017 15:50
Rusiya Bankı uçot dərəcəsini proqnozdan çox azaldıb

Bakı. 15 dekabr. REPORT.AZ/ Rusiya Bankı (Mərkəzi Bank) bu gün keçirdiyi iclasda uçot dərəcəsini 0,5 faiz bəndi azaldaraq 7,75%-ə endirib.

"Report" "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Bankın press-relizində məlumat verilir.

Xatırladaq ki, Rusiya Bankı bu il 6-cı dəfədir ki, faizləri azaldır. Qeyd edək ki, Rusiya Bankının qərarı maliyyə bazarlarının proqnozundan fərqlənib. Analitiklər Rusiya Bankının uçot dərəcəsini 0,25 faiz bəndi azaldacağını proqnozlaşdırırdılar.

"Report" xəbər verir ki, bu qərar rublun məzənnəsini 0,43% azaldıb və məzənnə 59 RUB/USD səviyyəsini ötüb.

Son xəbərlər

Orphus sistemi