Rusiya Bankı uçot dərəcəsini azaldıb

Rusiya Bankı uçot dərəcəsini azaldıb Rusiya Bankı (Mərkəzi Bank) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 6,5%-dən 6,25%-ə endirilməsi barədə qərar qəbul edib.
Maliyyə
13 Dekabr , 2019 14:42
Rusiya Bankı uçot dərəcəsini azaldıb

Rusiya Bankı (Mərkəzi Bank) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 6,5%-dən 6,25%-ə endirilməsi barədə qərar qəbul edib. 

"Report" xəbər verir ki, bu barədə qurumun Direktorlar Şurasının açıqlamasında bildirilir. 

Hazırda qonşu ölkədə uçot dərəcəsi 2014-cü ilin mart ayından bəri ən aşağı həddədir. 

Bu il Rusiya Bankı faizlərə ümumilikdə 5 dəfə baxıb. Bundan əvvəl iyunda uçot dərəcəsi 7,75%-dən 7,5%-ə, iyulda 7,5%-dən 7,25%-ə, sentyabrda 7,25%-dən 7%-ə, oktyabrda isə 7%-dən 6,5%-ə endirilib. 

Son xəbərlər

Orphus sistemi