​Rusiya Bankı uçot dərəcəsini azaldıb

​Rusiya Bankı uçot dərəcəsini azaldıb Uçot dərəcəsinin azaldılması əsasən inflyasiyanın yavaşıması ilə əlaqələndirilir
Maliyyə
10 İyun , 2016 15:10
​Rusiya Bankı uçot dərəcəsini azaldıb

Bakı. 10 iyun. REPORT.AZ/ Rusiya Bankı (Mərkəzi Bank) bu gün uçot dərəcəsini 0,5% azaldaraq 10,5%-ə endirib.

"Report"un "Vestifinance.ru"ya istinadən verdiyi xəbərə görə, Rusiya Bankı son 6 iclasda uçot dərəcəsini dəyişdirməyərək sabit saxlayıb. 

Qeyd edək ki, uçot dərəcəsi 2015-ci il iyulun 31-dən indiyədək 11% olub. Bankın uçot dərəcəsini neft qiymətlərinin kəskin azalması nəticəsində üzləşdiyi maliyyə problemləri fonunda 2014-cü il dekabrın 16-da 10,5%-dən 17%-ə yüksəltdiyi bildirilir. 

Mərkəzi bankın növbəti iclası iyulun 29-na təyin olunub. Rusiya Bankı uçot dərəcəsinii azaldılmasını əsasən inflyasiyanın yavaşlaması ilə izah edib. Qurum kommersiya banklarının likvidlik ehtiyacının azalmasına baxmayaraq, bundan sonra da nisbətən sərt pul-kredit siyasəti həyata keçiriləcəyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi