Rusiya Bankı: 5 ilə müştərilərin 80-90%-i bank xidmətlərindən məsafədən istifadə edəcək

Rusiya Bankı: 5 ilə müştərilərin 80-90%-i bank xidmətlərindən məsafədən istifadə edəcək Bu açıqlama ilə qurumun sədr müavini Olqa Skoroboqatova iclasda çıxış edib
Maliyyə
26 May , 2017 17:07
Rusiya Bankı: 5 ilə müştərilərin 80-90%-i bank xidmətlərindən məsafədən istifadə edəcək

Bakı. 26 may. REPORT.AZ/ Təxminən 5 ildən sonra bank müştərilərinin 80-90%-nə məsafədən xidmət göstəriləcək.

“Report” xəbər verir ki, bu açıqlama ilə Rusiya Bankının (Mərkəzi Bank) sədr müavini Olqa Skoroboqatova Regional Banklar Assosiasiyasının iclasında çıxış edib.

Onun sözlərinə görə, tədricən banklar müştərilərinə xidmətlərini daha çox filial və şöbələrində deyil, mobil və internet tətbiq səviyyəsində təklif edəcək.

“2016-cı ildə məsafədən bank xidmətlərinin həcmi 2015-ci illə müqayisədə 40% artıb. Bununla belə, internetə çıxış imkanlarının olmadığı bəzi şəhər və kəndlərdə maliyyə xidmətlərinə çıxışla bağlı problem həll edilməmiş qalır. Bununla bağlı Rusiya Bankı ölkənin Kommunikasiya və Rabitə Nazirliyi ilə əməkdaşlıq edəcək”, - deyə Bank rəsmisi qeyd edib. 

Son xəbərlər

Orphus sistemi