Rusiya ABŞ-ın dövlət istiqrazlarına investisiyaları 14 mlrd. dollara endirib

Rusiya ABŞ-ın dövlət istiqrazlarına investisiyaları 14 mlrd. dollara endirib Bakı. 17 oktyabr. REPORT.AZ/ Bu ilin avqust ayında Rusiya ABŞ-ın dövlət istiqrazlarına investisiyaları 900 mln. dollar azaldaraq 14,097 mlrd. dollara endirib.
Maliyyə
17 Oktyabr , 2018 11:00
Rusiya ABŞ-ın dövlət istiqrazlarına investisiyaları 14 mlrd. dollara endirib
0 : 00
0 : 00

Bakı. 17 oktyabr. REPORT.AZ/ Bu ilin avqust ayında Rusiya ABŞ-ın dövlət istiqrazlarına investisiyaları 900 mln. dollar azaldaraq 14,097 mlrd. dollara endirib. 

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bunun 3,378 mlrd. dolları uzunmüddətli, 10,719 mlrd. dolları isə qısamüddətli istiqrazlardır. 

ABŞ-ın borc alətlərinə investisiyaların məbləğində görə Çin 1,165 trln. dollarlıq göstərici ilə lider olaraq qalır. II yerdə Yaponiya (1,029 trln. dollar), III yerdə Braziliya (317,8 mlrd. dollar), IV yerdə İrlandiya (315,8 mlrd. dollar), V yerdə isə Böyük Britaniya (272,6 mlrd. dollar) qərarlaşıb. 

Xatırladaq ki, Rusiyanın ABŞ-ın dövlət istiqrazlarına investisiyalarının maksimal həddi 2013-cü ilin fevral ayında (164,3 mlrd. dollar) qeydə alınıb. 

Son xəbərlər

Orphus sistemi