Yuxarı

Rusiya ABŞ-ın dövlət istiqrazlarına 10 milyard dollar investisiya qoyub

​Rusiya ABŞ-ın dövlət istiqrazlarına 10 milyard dollar investisiya qoy

2019-cu ilin sentyabr ayında Rusiya ABŞ dövlət istiqrazlarına investisiyaları artırıb.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, müvafiq ayın sonuna sözügedən göstərici 10,075 mlrd. dollar təşkil edib.

İnvestisiyaların 3,066 mlrd. dolları uzunmüddətli, 7,009 mlrd. dolları isə qısamüddətli istiqrazlara qoyulub.

Ümumilikdə isə, 2018-ci ilin yazından Rusiya ABŞ-ın dövlət istiqrazlarına investisiyaları əhəmiyyətli dərəcədə azaldıb. 

Belə ki, ötən ilin aprel ayında bu rəqəm 96 milyarddan 48,7 milyarda düşüb. May ayında isə bu rəqəm 14,9 milyard təşkil edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi