Rusiya ABŞ dövlət istiqrazlarına sərmayələrini artırıb

Rusiya ABŞ dövlət istiqrazlarına sərmayələrini artırıb ABŞ istiqrazlarına sahib olan lider ölkə isə Yaponiyadır
Maliyyə
16 May , 2017 11:49
Rusiya ABŞ dövlət istiqrazlarına sərmayələrini artırıb
Ria.ru

Bakı. 16 may. REPORT.AZ/ Rusiya ona qarşı tətbiq olunan sanksiyalara baxmayaraq, ABŞ dövlət istiqrazlarına investisiyalarını mart ayında 13,5 mlrd. ABŞ dolları və ya 15,6% artıraraq 99,8 mlrd. dollara çatdırıb. 

"Report"un "RİA" agentliyinə istinadən verdiyi xəbərə görə, bu məlumat ABŞ Maliyyə Nazirliyi tərəfindən verilib. Bununla da Rusiya ABŞ dövlət istiqrazlarına sahib olan dövlətlər arasında 15-ci sırada yer alıb.

Qeyd edək ki, ən çox ABŞ istiqrazlarına sahib olan ölkə Yaponiya (1,118 trln. dollar), ikinci isə Çindir (1,087 trln. dollar).

Son xəbərlər

Orphus sistemi