Yuxarı

​Rusiya ABŞ dövlət istiqrazlarına sərmayələrini artırır

Rusiya bu il ABŞ-dan 3,6 mlrd. dollarlıq dövlət istiqrazları alıb

Bakı. 17 oktyabr. REPORT.AZ/ Rusiya 2014-cü ildə ABŞ-ın dövlət istiqrazlarına yatırımın həcmini 3,6 mlrd. dollar artırıb. Bunun nəticəsində Rusiyanın  ABŞ iqtisadiyyatına investisiyalarının ümumi həcmi 118,1 mlrd. dollara çatıb. "Report" xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin press-relizində bildirilir.

Rusiya ABŞ istiqrazlarına yatırımı mart ayından etibarən tədricən artırır və bu sahədə sərmayələrini 100,4 mlrd. dollara çatdırıb. 

Amerikanın istiqraz borcu olan dövlətlər sırasında Çin birincidir - 1,269 trln. dollar. İkinci yerdə Yaponiya (1,23 trln. dollar) gəlir, üçlüyə həmçinin Belçika (360 mlrd. dollar) daxildir. Rusiya isə bu sırada 12-cidir. 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Küveyt kimi neft ölkələri də bu siyahıda var. Ümumilikdə, xarici ölkələr ABŞ istiqrazlarına yatırımı artırıb - bir aya müxtəlif müddətli 2,062 trln. dollarlıq qiymətli kağız alınıb. Bununla bərabər, investorlar 2,036 trln. dollar məbləğində istiqraz satıblar. Belə bir halda, Vaşinqtonun xaricdən götürdüyü xalis gəlir 26 mlrd. dollar olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi