​Rusiya 140 mlrd. dollar itirə bilər

​Rusiya 140 mlrd. dollar itirə bilər Bunun 40 mlrd. dolları Qərbin sanksiyaları, 100 mlrd. dolları isə neftin ucuzlaşmasından yarana bilər
Maliyyə
24 Noyabr , 2014 12:47
​Rusiya 140 mlrd. dollar itirə bilər

Bakı. 24 noyabr. REPORT.AZ/ Rusiya iqtisadiyyatı Qərb ölkələrinin sanksiyaları nəticəsində 40 mlrd. ABŞ dolları, neftin ucuzlaşmasından isə 90-100 mlrd. dollar itirə bilər. “Report”un xəbər verir ki, bunu Rusiyanın maliyyə naziri Anton Siluanov bəyan edib.

Onun sözlərinə görə, bu ilin əvvəlindən neft 30% ucuzlaşıb və rubl təxminən eyni səviyyədə dəyərdən düşüb.

Nazir bildirib ki, Rusiya iqtisadiyyatı iki əsas təhlükə ilə üzləşib ki, bunlardan biri neftin ucuzlaşması, digəri isə geosiyasi vəziyyətlə bağlıdır. 

A.Siluanovun fikrincə, neftin ucuzlaşması iqtisadiyyata sanksiyalar çərçivəsində qəbul edilmiş məhdudiyyətlərdən daha güclü təsir edir.

Son xəbərlər

Orphus sistemi