​Rumıniyada SOCAR-ın 31-ci YDM-i istifadəyə verilib

​Rumıniyada SOCAR-ın 31-ci YDM-i istifadəyə verilib Məntəqədə 3 kiçik və 1 böyük avtonəqliyyat vasitəsinin eyni zamanda yanacaqla təmin edilməsinə imkan verən 2 sayğac quraşdırılıb
Maliyyə
15 Dekabr , 2014 19:30
​Rumıniyada SOCAR-ın 31-ci YDM-i istifadəyə verilib

Bakı. 15 dekabr. REPORT.AZ/ Dekabrın 15-də Rumıniyanın şimalında, Ukrayna ilə sərhəddə yerləşən Bistritsa şəhərində “SOCAR” brendi ilə yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib. Bu barədə "Report"a ARDNŞ-nin mətbuat xidmətindən məlumat verilib. Bununla da Rumıniyada “SOCAR” brendi altında fəaliyyət göstərən YDM-lərin sayı 31-ə çatıb. Açılış mərasimində ARDNŞ-nin Rumıniya nümayəndəliyinin əməkdaşları, Bistritsa Şəhər İcra Hakimiyyəti və yerli dövlət qurumlarının təmsilçiləri, eləcə də KİV nümayəndələri iştirak ediblər.

Geniş torpaq sahəsinə malik YDM-də Benzin 95 və 98, Dizel Euro 5 və Super Dizel tipli yanacaq məhsullarının satışı həyata keçirilir. Məntəqədə 3 kiçik və 1 böyük avtonəqliyyat vasitəsinin eyni zamanda yanacaqla təmin edilməsinə imkan verən 2 sayğac quraşdırılıb. Digər YDM-lərdə olduğu kimi, Bistritsadakı məntəqədə də “Nar” kafe fəaliyyət göstərir. Burada müştərilərə ənənəvi Azərbaycan məhsulları, 24 saat pulsuz internet xidməti təqdim olunur. Qeyd edək ki, SOCAR artıq Rumıniyanın 14 regionunda yanacaqdoldurma məntəqələrinə malikdir.

Son xəbərlər

Orphus sistemi