Rüfət Aslanlı: "SOCAR-ın səhm buraxmasını gözləyirik"

Rüfət Aslanlı: "SOCAR-ın səhm buraxmasını gözləyirik" SOCAR-ın maliyyə alətlərinin Azərbaycanda tətbiqi ilə bağlı fevraldan iş aparılıb
Maliyyə
16 Sentyabr , 2016 11:49
Rüfət Aslanlı: SOCAR-ın səhm buraxmasını gözləyirik

Bakı. 16 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birlikdə yüksək tələbat duyulacaq maliyyə alətlərinin Azərbaycanda tətbiqi ilə bağlı bu ilin fevral ayından iş aparılıb. “Report” xəbər verir ki, bunu Bakıda keçirilən SOCAR istiqrazlarının təqdimat mərasimində Maliyyə Bazarlarına Nəzarət Palatasın Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

Onun sözlərinə görə, bu istiqrazlar hesabına SOCAR-ın qiymətli kağızlarındakı imkanları Londondan Bakıya gətirilib: “Bildiyiniz kimi, SOCAR-ın istiqrazları London Fond Birjasında satılırdı. Hazırda isə bu imkan Azərbaycan vətəndaşları üçün yaradılıb. Biz gözləyirik ki, SOCAR-ın növbəti addımı səhm buraxılışı olacaq və bu birinciliyi gözləyirik”.

Son xəbərlər

Orphus sistemi