Rüfət Aslanlı: "Sığorta şirkətləri şəffaf olmalıdır"

Rüfət Aslanlı: "Sığorta şirkətləri şəffaf olmalıdır" MBNP-nin rəhbəri şirkətlərin ildə yalnız bir dəfə maliyyə hesabatını ictimaiyyətə açıqlamasına münasibət bildirib
Maliyyə
24 Fevral , 2017 16:36
Rüfət Aslanlı: Sığorta şirkətləri şəffaf olmalıdır

Bakı. 24 fevral. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri Rüfət Aslanlı Azərbaycandakı sığorta şirkətlərinin ildə yalnız bir dəfə maliyyə hesabatını ictimaiyyətə açıqlamasına münasibət bildirib.

“Report”un məlumatına görə, Palata rəhbəri şirkətdən kommersiya bankları kimi ildə 4 dəfə hesabat tələb etmək üçün hüquqi əsasın olmadığını deyib: “Sığortaçılardan rüblük hesabat tələb etmək üçün hüquqi əsas yaratmalıyıq”.

Bununla belə, R.Aslanlı qeyd edib ki, sığorta şirkətləri maliyyə müəssisəsi olaraq hesabatlılıqda şəffaf olsalar, daha yaxşıdır: “Hesab edirəm ki, onlar şəffaf olmalıdır”.

Son xəbərlər

Orphus sistemi