Rüfət Aslanlı: "Problemli bankların idarə olunması ilə bağlı qanun layihəsi hazırlanıb"

Rüfət Aslanlı: "Problemli bankların idarə olunması ilə bağlı qanun layihəsi hazırlanıb" MBNP həmçinin kredit təminatı mexanizmlərinə dair qanun layihəsi üzərində işə başlamağa hazırlaşır
Maliyyə
4 Noyabr , 2016 11:13
Rüfət Aslanlı: Problemli bankların idarə olunması ilə bağlı qanun layihəsi hazırlanıb

Bakı. 4 noyabr. REPORT.AZ/ Azərbaycanda maliyyə bazarının inkişafı ilə bağlı yeni qanun layihələri hazırlanıb, bəzilərinin üzərində isə iş aparılır. “Report” xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı məlumat verib.

Onun sözlərinə görə, layihələrdən biri problemli bankların idarə edilməsi, vaxtı keçmiş kreditlərin restruktizasiyası ilə bağlıdır: "Bu qanun layihəsi ilə bağlı müzakirələr yaxın vaxtlarda başlayacaq".

Bundan başqa, R.Aslanlı qeyd edib ki, maliyyə bazarının tənzimlənməsi və nəzarətlə bağlı qanun layihəsi üzərində isə iş artıq başa çatdırılıb. Palata, həmçinin kredit təminatı mexanizmlərini özündə əks etdirən qanun layihəsi üzərində işə başlamağa hazırlaşır. Eyni zamanda, daşınar əmlakın girovluğu ilə bağlı layihə üzərində iş gedir.

Son xəbərlər

Orphus sistemi