Yuxarı
    Bağlamaq

    Rüfət Aslanlı: "Kapital tələbi artırılmasa idi, banklar daha ciddi problemlə üzləşərdi"

    Maliyyə Bazarlarına Nəzarət Palatasının başçısı qeyd edib ki, banklarda dollarlaşma yüksək həddə çatmışdır

    Bakı. 24 noyabr. REPORT.AZ/ Azərbaycanda əvvəlki illər ərzində kommersiya bankları üçün minimal kapital tələbinin artırlması bank sektorunu daha ciddi problemlərdən qoruyub. "Report"un verdiyi xəbərə görə, bunu Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu gün Bakıda keçirilən bank forumunda çıxışında bildirib.

    "Ölkədə baş verən proseslər nəticəsində banklar kapital itkilərinə məruz qalıb. Bankların kapitallaşması, "maliyyə yastığı" əhəmiyyətli itkilərə məruz qaldı. Qeyd edim ki, əgər bundan əvvəl Azərbaycan Mərkəzi Bankı tərəfindən banklara kapital tələbi 5 qat artırılmasa idi, biz sektorda daha ciddi problemlərlə üzləşə bilərdik", - deyə R.Aslanlı əlavə edib.

    MBNP rəhbəri qeyd edib ki, kommersiya banklarında dollarlaşma yüksək həddə çatmışdır: "Depozitlərdə 83%-ə çatmışdır, indi 80%-də qərarlaşıb. Bankların kredit portfelinin yarısını təşkil edən xarici valyuta kreditlərinin xidmət haqqı ikiqat artdı, manatda qeyri-işlək kreditlər artdı".

    R.Aslanlının sözlərinə görə, son 15 ildə Azərbaycanda intensiv diversifikasıyası siyasəti həyata keçirilir: "Qeyri-neft sektoru ÜDM-in 65%-nə çatıb, iqtisadi akltivlik coğrafi olaraq şaxələnir. Bu, həm də dövlətin gəlirliyinin artmasını təmin edir. Şaxələndirmə siyasətinin qısa müddətdə -15 il ərzində həyata keçirilməsi səbəbindən iqtisadi rifahın enerji daşıyıcılarından tam azad ediməsinə hələ ki, nail olmamaşıq".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi