Yuxarı

​Rüfət Aslanlı: "Əhalini daha çox sığorta sektoru narahat edir"

Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri: Bu da göstərir ki, görməli işlər var

Bakı. 23 iyun. REPORT.AZ/ Son 5 ildə Azərbaycanın sığorta sektorunda əhəmiyyətli kəmiyyət nəticələri əldə olunub, bu sahənin ÜDM-də rolu artıb. "Report"un verdiyi xəbərə görə, bunu Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu gün Bakıda başlayan beynəlxalq sığorta forumunda bildirib.

Ötən il ölkədə sığorta yığımlarının 3 dəfə, ödənişlərin 2 dəfə artmasına baxmayaraq, Palatanın sədri hazırda iqtisadiyyatda müşahidə olunan proseslər səbəbindən sığorta xidmətlərinə tələbatın azaldığını, icbari sığorta sektorunda isə maliyyə intizamının zəiflədiyini qeyd edib.

R.Aslanlı bildirib ki, hələlik MBNP-nin nəzarət etdiyi sahələr arasında əhalini daha çox narahat edən sığorta sektoru ilə bağlı olan məsələlərdir: "Bu da göstərir ki, görülməli işlər var. Müsbət hal odur ki, bu sahənin əməkdaşları aktiv əməkdaşlıq edirlər".

"Bu gün sığorta sektorunda sağlam rəqabətin təmin olunması üçün yetərli dərəcədə effektiv hüquqi çərçivə formalaşıb. Düzdür, hələ görülməli işlər var. Amma bütövlükdə həm hüquqi, həm administrativ, həm inzibati çərçivə real nəticələrin əldə olunmasına şərait yaradır", - deyə MBNP başçısı vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi