​Rüfət Aslanlı: "Beynəlxalq Bank bu il özəlləşdirilməyəcək"

​Rüfət Aslanlı: "Beynəlxalq Bank bu il özəlləşdirilməyəcək" “Bu il özəlləşdirmə real deyil”
Maliyyə
2 Avqust , 2016 22:00
​Rüfət Aslanlı: Beynəlxalq Bank bu il özəlləşdirilməyəcək

Bakı. 2 avqust. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) özəlləşdirilməsi bu il baş tutmayacaq.

“Report” xəbər verir ki, bunu “Reuters” agentliyinə müsahibəsində Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktor Şurasının sədri Rüfət Aslanlı deyib.

Onun sözlərinə görə, hökumət ABB-nin problemlərinin əksər hissəsini həll edib, amma onun özəlləşdirilməsi vaxt tələb edir: “Bu il özəlləşdirmə real deyil”.

ABB-nin özəlləşdirilməsi məqsədi ilə onun problemli aktivləri “Aqrarkredit” – bank olmayan kredit təşkilatı (BOKT) QSC-yə ötürülüb. Bundan sonra BOKT ABB-nin səhmlərinin 27,26%-nə sahib olub.

Son xəbərlər

Orphus sistemi