Yuxarı
    Bağlamaq

    ​Rüfət Aslanlı: "Bank sektorunda vəziyyət müsbətə doğru dəyişir"

    “Qalan bankların bağlanması gündəmdə deyil”

    Bakı. 2 avqust. REPORT.AZ/ Azərbaycan bankları Mərkəzi Bankın manatı “üzən məzənnə” rejiminə keçirməsindən sonra yaranmış vəziyyətə uyğunlaşıblar.

    “Report” xəbər verir ki, bunu “Reuters” agentliyinə müsahibəsində Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

    “Bankların yeni reallıqlara uyğunlaşması prosesi başa çatıb, bəzi zəif iştirakçılar bank sektorunu tərk edib və artıq bazarda vəziyyətin müsbətə doğru dəyişməsindən danışmaq olar” – deyə R.Aslanlı qeyd edib.

    Bu ilin əvvəlindən bəri 10 bankın lisenziyasının ləğv edilməsinə münasibət bildirən MBNP rəhbəri digər banklar üçün belə bir aqibətin gözlənilmədiyini bildirib:

    “Qalan banklar məcmu kapitalı ilə bağlı tələbə cavab verir və onların bağlanması gündəmdə deyil”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi