Yuxarı

​Rotşild Rusiyanın dollar borclarının problemə çevriləcəyini bildirib

Cari vəziyyətdə kapitalın qorunması nailiyyətdir

Bakı. 2 may. REPORT.AZ/ Xammal qiymətlərindən asılı olan ölkələrdən Braziliya, Rusiya, Nigeriya, Qazaxıstan və Ukraynanın son illərdə sürətli borclanmaları səbəbindən maliyyə problemləri ilə üzləşəcəkləri bildirilib. 

"Report" "Finanz.ru" saytına istinadən xəbər verir ki, bu barədə "RİT Capital Partners" fondunun direktorlar şurasının sədri Ceykob Rotşild müştərilərinə ünvanladığı məktubunda qeyd edib. Məktubda həmçinin qeyd olunub ki, qlobal iqtisadiyyatda və maliyyə bazarlarında vəziyyət 2016-cı ildə də pisləşməyə davam edəcək. Bundan daha çox əziyyət çəkən isə xammal ixracından asılı olan ölkələr olacaq. Yazıda bu ölkələrin son illərdə sürətlə borc topladıqları, indi isə daha bahalı dollarla borcları geri ödəməyə məcbur olduqları vurğulanıb.

Eyni zamanda, C.Rotşild xatırladıb ki, mərkəzi bankların monetar ekspansiyası artıq bitmək üzrədir, Çinin iqtisadi vəziyyəti sual altındadır, ABŞ və Avropanın iqtisadi artımı zəifləyib və Yaxın Şərqdə böhran bitmir. Bu fonda investorları çətin dövr gözləyir: "Belə bir vəziyyətdə kapitalın qorunması qazanc əldə etməkdən daha vacib məsələdir". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi