"Rosbank": Yaxın 6 ayda dolların məzənnəsi 60 rubla çatmayacaq

"Rosbank": Yaxın 6 ayda dolların məzənnəsi 60 rubla çatmayacaq Qlobal bazarlarda dollar ucuzlaşmağa davam edəcək
Maliyyə
16 Fevral , 2018 17:06
Rosbank: Yaxın 6 ayda dolların məzənnəsi 60 rubla çatmayacaq

Bakı. 16 fevral. REPORT.AZ/ Yaxın bir il ərzində ABŞ dollarının qlobal bazarlarda əksər valyutalara, xüsusilə avro və yenə qarşı ucuzlaşacağı ehtimal edilir. 

"Report" xəbər verir ki, bu proqnoz Fransanın "Societe Generale" maliyyə qrupuna aid olan Rusiya "Rosbank"ı tərəfindən verilib.

"Rosbank"ın proqnozlarına görə, avro/dollar məzənnəsi 2018-ci ilin iyun ayına 1,26 USD/EUR, 2019-ci ilin mart ayına 1,32 USD/EUR səviyyəsində olacaq. Rusiyada isə ilin ilk yarısında dolların məzənnəsi 57-59,6 rubl diapazonunda dalğalanacaq. Dolların qlobal bazarlarda ucuzlaşması inkişaf etməkdə olan ölkələrin valyutalarına müsbət təsir edəcək.

Son xəbərlər

Orphus sistemi