"Ripple" "Coinbase" birjasına qoşulmaq xəbəri ilə bahalaşıb

"Ripple" "Coinbase" birjasına qoşulmaq xəbəri ilə bahalaşıb Bakı. 5 mart. REPORT.AZ/ Ripple (XRP) kriptovalyutasının qiyməti son 24 saat ərzində 17%-dən çox artaraq 1,05 ABŞ dollarını ötüb. 
Maliyyə
5 Mart , 2018 16:05
Ripple Coinbase birjasına qoşulmaq xəbəri ilə bahalaşıb

Bakı. 5 mart. REPORT.AZ/ "Ripple" (XRP) kriptovalyutasının qiyməti son 24 saat ərzində 17%-dən çox artaraq 1,05 ABŞ dollarını ötüb. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb yaxın zamanlarda onun "Coinbase" birjasına qoşulması barədə yayılmış xəbər olub.

"Oracletimes" nəşri isə yazır ki, "Coinbase" bununla əlaqədar işçilərinin sayını artırmağa başlayıb və 90 nəfər artıq bu gün işə başlayacaq. Analitiklər birjanın daha bir neçə rəqəmsal valyutanın alqı-satqısına başlaya biləcəyini bildirirlər. 

Analitik Cozef Raçinskiy bildirib ki, "Coinbase" xəbəri təsdiqlənsə də, "Ripple"ın 5 dollara qədər bahalaşması mümkündür. Analitiklərin ümumi fikri isə XRP-nin qiymətinin bu ilin sonuna qədər 5-16 dollara çatması istiqamətindədir. 

XRP-nin bahalaşması həm də Cənubi Koreyanın "Woori" bankının və ölkənin ikinci ən böyük bankı "Shinhan"ın "Ripple Blokchain" texnologiyasını sınaqdan keçirməsi ilə bağlıdır. Xatırladaq ki, bir qədər "Western Union" pul köçürmələri sistemi XRP tokenlərinin istifadə olunduğu "xRapid" məhsulunu test etməyə başladığını bildirib.

Son xəbərlər

Orphus sistemi