Yuxarı

​Reytinq: Azərbaycanın bank sektoru MDB-də 4-cü yerdədir

İlk üçlüyə isə Rusiya, Qazaxıstan və Ukrayna daxildir

Bakı. 2 oktyabr. REPORT.AZ/ Azərbaycan MDB məkanında bankların böyüklüyünə görə 4-cü sıradadır.

"Report" xəbər verir ki, "Rossiya Seqodnya" media qrupuna daxil olan "RİA Reytinq" agentliyinin MDB ölkələrinin bankları üzrə apardığı növbəti araşdırmanın nəticələrinə əsasən, bu siyahıya Birlik dövlətlərinin 200 ən iri bankı daxil edilib. Əvvəlki illərdə olduğu kimi Rusiya reytinqdə ən çox sayda (60,5%) bankla təmsil olunub. Sonrakı yerləri Qazaxıstan (10,5%), Ukrayna (9,5%) və Azərbaycan (5%) tutub.

Qeyd edək ki, devalvasiya nəticəsində Rusiya 2014-cü ilin yekununda 2013-cü ilin nəticələri ilə müqayisədə reytinqdəki banklarının sayı azalaraq 130-dan 122-yə, Ukrayna üzrə isə 27-dən 18-ə düşüb. Bu səbəbdən, 2014-cü ilin yekununda bank aktivləri 100 mlrd. dollara yüksələn Qazaxıstan 84 mlrd. dollarlıq bank aktivləri olan Ukraynanı keçib və 2-ci sırada qərarlaşıb. Ekspertlər bildirir ki, Rusiya və Ukrayna banklarının sayının reytinq sıralamasında azalması bu ölkələrdə baş verən milli valyutanın devalvasiyası ilə bağlıdır. Belə ki, Rusiya rublu dollara qarşı 72%, Ukrayna qrivnası isə 2 dəfə zəifləyib.

Ümumiyyətlə, 2014-cü ilin yekunlarına görə, MDB məkanında məcmu bank aktivləri əvvəlki ilə nisbətən 21,3% azalaraq 1,7 trln. dollara düşüb. Bu isə dünyanın 10-cu ən böyük bankı olan "Credit Agricole"un aktivlərindən 200 mlrd. dollar azdır.

Agentlik qeyd edir ki, Rusiya və Ukrayna banklarının mövqelərini itirməsindən ən çox Azərbaycan faydalanıb. Reytinqdə Azərbaycan banklarının sayı 10-a yüksəlib və ölkə reytinq sıralamasında 4-cü pilləyə yüksəlib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi