“Rəvan Sığorta”nın yığımları 2 dəfə azalıb

“Rəvan Sığorta”nın yığımları 2 dəfə azalıb Bakı. 15 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında “Rəvan Sığorta” ASC-nin yığımları 25 325 manat təşkil edib. Şirkətdən “Report”a verilən məlumata ...
Maliyyə
15 Fevral , 2017 11:49
“Rəvan Sığorta”nın yığımları 2 dəfə azalıb

Bakı. 15 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında “Rəvan Sığorta” ASC-nin yığımları 25 325 manat təşkil edib. Şirkətdən “Report”a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 48,72% və yaxud 1,95 dəfə azdır.

Hesabat dövründə “Rəvan Sığorta”nın ödənişləri də azalıb. Belə ki, Şirkət ay ərzində 16 175 manat ödəniş edib. Bu isə 1 il əvvələ nisbətən 46,89% azdır.

20117-ci ilin yanvarında “Rəvan Sığorta” topladığı hər 100 manatın 63,87 manatını müştərilərin geri qaytarıb. Bu nisbət 2016-cı ilin yanvar ayında 61,66% olub.

Xatırladaq ki, "Rəvan Sığorta" şirkəti 1998-ci ildə "Double Insurance Company" kimi fəaliyyətə başlayıb, 2004-cü ildə adını "Star Alyans Sığorta"ya dəyişib, 2007-ci ildə isə yenidən rebrendinq edib. Onun nizanmamə kapitalı 8 900 071,2 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 40,8 manat olan 218 139 səhm əsasında formalaşıb. Səhmlərin 49,1%-i Şirkətin daxil olduğu "Nurgun Group" MMM-ə, 42,36%-i "Nurgun Motors" MMC-yə, 8,54%-i isə "NBC Bank" ASC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi