​"Rəvan Sığorta"nın daxilolmaları 44% azalıb

​"Rəvan Sığorta"nın daxilolmaları 44% azalıb Şirkətin sığorta ödənişləri isə 29% azalıb
Maliyyə
9 İyun , 2016 14:53
​Rəvan Sığortanın daxilolmaları 44% azalıb

Bakı. 9 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may aylarında "Rəvan Sığorta" ASC-nin ümumi yığımları 455,751 min manat təşkil edib. Şirkətdən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,1% azdır.

Hesabat dövründə "Rəvan Sığorta"nın ödənişləri də azalıb. Belə ki, şirkət 5 ay ərzində 352,847 min manat sığorta ödənişi həyata keçirib ki, bu da illik müqayisədə 29,1% azdır.

Son xəbərlər

Orphus sistemi