Yuxarı
    Bağlamaq

    ​"Report": Yaxın aylarda dollar ucuzlaşacaq

    Avronun rəsmi məzənnəsi isə 1,27 EUR/AZN-ə qədər arta bilər

    Bakı. 22 may. REPORT.AZ/ Avropa İttifaqi (Aİ) Yunanıstana yardım müqaviləsinin müddətini uzatmaq ehtimalını müzakirə edə biləcəyini bildirib. Almaniyanın "Suddeutsche Zeitung" qəzeti məlumat yayıb ki, Yunanıstan ƏDV sistemində islahatlar həyata keçirəcəyi təqdirdə Aİ ölkəyə digər islahatlar üçün daha 4 ay əlavə vaxt verəcəyini və 4 mlrd. dollar həcmində kredit ayıracağını bəyan edib. Bununla da əmək bazarı və pensiya sistemində tələb olunan islahatlar 4 ay sonra həyata keçirilə bilər.

    "Report" xəbər verir ki, ötən gün Aİ liderlərinin Riqa görüşü başlayıb. Görüşün əsas mövzusu Yunanıstan böhranının həlli ilə bağlı olub. "Reuters" agentliyinə müsahibə verən yunan tərəfi, Yunanıstan, Almaniya və Fransa liderləri arasında aparılan danışıqlardan sonra kreditorlarla razılığın çox yaxın olduğunu qeyd edib.

    Bu xəbərdən sonra bu gün səhər saatlarında avronun məzənnəsi 1,1108 dollardan 1,1208 dollara yüksəlib və vahid Avropa valyutasının daha da möhkəmlənməsi gözlənilir. Avronun qısa müddətdə 1,14 USD/EUR, daha sonra 1,17 USD/EUR və 1,22 USD/EUR-a qədər bahalaşması ehtimal olunur.

    Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı son günlər dolların məzənnəsində 0,0014 manatlıq artım həyata keçirərək rəsmi məzənnəni 1,0471 USD/AZN-dən 1,0485 USD/AZN-ə yüksəldib. Avronun məzənnəsi isə 1,1969 EUR/AZN-dən 1,1688 EUR/AZN-ə düşüb. Gələn həftədən bu tendensiyanın əks istiqamətdə hərəkət etməsi proqnozlaşdırılır.

    "Report"un analitik qrupu bildirir ki, qısa müddət ərzində dolların rəsmi məzənnəsinin yenidən 1,0470 USD/AZN-ə enəcəyi, avronun məzənnəsinin isə 1,20 EUR/AZN-ə qədər artacağı ehtimal olunur. Yaxın 2-4 ay ərzində isə Azərbaycanda dollar 1,0450 USD/AZN-ə qədər ucuzlaşa, avro isə 1,27 EUR/AZN-dək bahalaşa bilər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi