Yuxarı
    Bağlamaq

    "Report": Türkiyədə dollar bir qədər ucuzlaşacaq

    Lakin bu, uzunmüddətli olmayacaq və avqustdan yenidən dolların bahalaşması başlayacaq

    Bakı. 24 aprel. REPORT.AZ/ Türkiyədə ABŞ dollarının məzənnəsi 3,60 lirədən aşağı enib. "Report"un analitik qrupu xəbər verir ki, dolların ucuzlaşmasına səbəb onun qlobal valyuta bazarında avro ilə müqayisədə dəyər itirməsi ilə bağlıdır. Belə ki, dünən, aprelin 23-də Fransada keçirilən prezident seçkilərinin ilk turunda Avropa İttifaqı tərəfdarı olan namizəd Emmanuel Makronun qalib gəlməsi avronun məzənnəsini dollarla müqayisədə kəskin yüksəldib.

    Dolların dünya valyuta bazarında ucuzlaşmasına daha bir səbəb isə ABŞ iqtisadiyyatından son zamanlar gələn zəif göstəricilərə əsaslanır. Nəticədə, Federal Ehtiyat Sisteminin (FED) iyun ayında uçot dərəcəsini artırması ehtimalları 50%-dən aşağı enib.

    Analitik qrup bildirir ki, Türkiyədə turizm mövsümünün yaxınlaşması fonunda və dolların qlobal valyuta bazarında zəifləməsi ilə dolların məzənnəsi 3,55 TRY/USD səviyyəsinə qədər geriləyə bilər: "Lakin bu, uzunmüddətli olmayacaq. Dollar avqust ayından yenidən lirə ilə müqayisədə bahalaşmağa başlayacaq. 2017-ci ili sabit keçirməsi gözlənilən dolların 2018-ci ildən yenidən yüksəlişə keçərək 4,50 TRY/USD-yə çatacağı proqnozlaşdırılır".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi