"Report": Kriptovalyuta bazarı daha 25% darala bilər

"Report": Kriptovalyuta bazarı daha 25% darala bilər Proqnoz: Lakin daha sonra bazarda sürətli kəskin artım proqnozlaşdırılır
Maliyyə
5 Fevral , 2018 10:28
Report: Kriptovalyuta bazarı daha 25% darala bilər

Bakı. 5 fevral. REPORT.AZ/ Qlobal kriptovalyuta bazarının kapitallaşması 400 mlrd. dollar səviyyəsindən aşağı qalmaqda davam edir. 

"Report" "Coinmarketcap.com" saytına istinadən xəbər verir ki, fevralın 2-də bu səviyyədən aşağı düşən məcmu kapitallaşmanın həcmi istirahət günlərində bir qədər bərpa olsa da, hələ də 400 mlrd. dollar həddindən aşağıdır.

Qeyd edək ki, kriptovalyuta bazarının tarixi rekord kapitallaşma həcmi yanvar ayının 7-də 832 mlrd. dollar səviyyəsində qeydə alınıb. Hazırda bazarın məcmu kapitallaşması tarixi rekord səviyyədən 2,1 dəfə və ya 52% aşağıdır və 396 mlrd. dollar təşkil edir.

"Report" qısamüddətli perspektivdə kriptovalyuta bazarının kapitallaşma həcminin daha 20-25% azala biləcəyini istisna etmir. Məcmu kapitallaşmanın 300 mlrd. dollar səviyyəsinə qədər geriləməsi ehtimalı var. Lakin daha sonra bazarda sürətli kəskin artım proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi