"Report": Gələn həftə avro üçün gərgin keçəcək

"Report": Gələn həftə avro üçün gərgin keçəcək Avro/dollar məzənnəsinin 1,20 USD/EUR səviyyəsinə qədər düşməsi gözlənilir
Maliyyə
24 Fevral , 2018 11:43
Report: Gələn həftə avro üçün gərgin keçəcək

Bakı. 24 fevral. REPORT.AZ/ Avro ardıcıl ikinci həftəni ucuzlaşma ilə tamamlayıb. İnvestorlar önümüzdəki həftə Avropanın siyasi həyatında gözlənilən hadisələr öncəsi avroda mövqelərini azaltmaq qərarına gəliblər.

"Report" xəbər verir ki, martın 4-də İtaliyada parlament seçkiləri və Almaniyada sosial-demokratların A.Merkelin rəhbərlik etdiyi hökumət koalisiyasına qoşulması barədə səsvermənin nəticələri bəlli olacaq. Hər iki hadisənin maliyyə bazarlarında volatillik yaradacağı gözlənilir.

Fransanın ən iri bankı "Credit Agricole"un FX bazarları üzrə strategiya mütəxəssisi Manuel Oliveri bildirib ki, siyasi amillərlə yanaşı, hazırda dolların perspektivləri qısamüddətli gəlirliliyinin artması baxımından daha konstruktiv görünür.

"Report"un analitik qrupu bildirir ki, avrozonanın siyasi arenasında hər hansı kiçik neqativ xəbər, avroda ciddi satışa səbəb olacaq. Hazırda 1,23 USD/EUR olan məzənnənin gələn həftə 1,20 USD/EUR-a qədər azalması gözlənilir.

Son xəbərlər

Orphus sistemi